"Hər qadın bir çiçəkdir"

Z.Məmmədov adına 103 saylı tam orta məktəbdə 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Hər qadın bir çiçəkdir" adlı tədbir keçirildi.Tədbirdə məktəbin rəhbərliyi, valideynlər, müəllim və şagird kollektivi iştirak edirdi.İlk öncə məktəbin direktoru Yusif Alməmmədov çıxış edərək, tədbirdə iştirak edən qadınları və bütövlükdə Azərbaycan qadınlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi, onlara uzun ömür, can sağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzuladı.O, çıxışını ümummilli liderimiz H.Əliyevin 8 mart-Beynəlxalq Qadınlar Bayramı ilə bağlı dediyi sözlərlə bitirdi. "Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəlidir. Çünki qadınlara həsr olunubdur. Qadınlar cəmiyyətdə göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar".Sonra məktəbin şagirdlərinin ifasında şeirlər səsləndi.Rəngarəng rəqslər və mahnılar tədbir iştirakçılarının zövqünü oxşadı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi