“Gələcəyin mühəndisi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı məktəbliləri arasında keçirilən “Gələcəyin mühəndisi” müsabiqəsinin qalibləri müəyyənləşib.“Gələcəyin mühəndisi” müsabiqəsi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı şəhər ümumtəhsil müəssisələrinin V-VIII və IX-XI sinif şagirdləri arasında 2 yaş qrupu çərçivəsində (fərdi və qrup şəklində) keçirilib. Müsabiqədə 24 məktəb üzrə 63 iştirakçı hazırladıqları 54 maket ilə çıxış ediblər.Tədbir çərçivəsində “Kosmonavtika günü” təntənəli şəkildə qeyd edilib. 1-ci yaş qrupu üzrə V-VIII sinif şagirdləri arasında I yerə – 25 bal ilə 103 saylı tam orta məktəbin şagirdi Firudin Musalı, II yerə – 24 bal ilə 167 saylı tam orta məktəbin şagirdi Tuqay Xəlilli, III yerə isə 22 bal ilə İ.Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdi Hidayətzadə İmran layiq görülüb.
Firudinə gələcəkdə uğurlar arzulayırıq!