Azərbaycan səninlədir , sənsiz deyil

Binəqədi rayon İcra Hakimiyyəti,Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı,Binəqədi rayon İdman və Gənclər İdarəsi və 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Binəqədi rayon məktəbliləri arasında keçirilən " Azərbaycan səninlədir,sənsiz deyil "adlı X yaradıcılıq-yubiley festivalının seçim turlarına start verildi. 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində təşkil olunan və 2 gün davam edən seçim turlarında Binəqədi rayonu ərazisində yerləşən ümumtəhsil məktəblərinin istedadlı şagirdlərinin bacarıqları nümayiş olundu.103 nömrəli tam orta məktəbin şagirdlərindən İsmayılova Şəhanə , Qədimov Murad və Əsgərova Fatimə bu müsabiqədə iştirak etmişdir. Onlar bu müsabiqədə növbəti tura vəsiqə qazanmışlar. Şagirdlərimizə gələcəkdə uğurlar arzulayırıq!