XOCALI QƏTLİAMI

26 fevral 2016-cı il tarixində Z.Məmmədov adına 103 saylı tam orta məktəbdə Xocalı faciəsi ilə əlaqədar "Xocalı qətliamı"adlı tədbir keçirildi.Tədbirdə ilk öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra məktəbin direktoru Y.Alməmmədov çıxış edərək Xocalı faciəsi haqqında danışdı. Məktəbin şagirdlərinin ifasında Xocalı hadisələrini özündə əks etdirən səhnəcik təqdim olundu.Tədbir zamanı milli qəhrəman Çingiz Mustafayevin çəkdiyi bütün dünyada Xocalı qətliamına işıq tutan video-kadrlar nümayiş olundu.Şagirdlərin ifasında Xocalı soyqırımına həsr olunmuş şeirlərdən ibarət kompozisiya təqdim edildi.Tədbirdə 103 saylı məktəbin müəllim və şagird kollektivi,şəhid ailələrinin üzvləri,Bakı Şəhər Təhsil İdarəsinin işçiləri iştirak edirdi.