İslam dininin humanist mahiyyətli, sülh, əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə dözümlülüyə, elmə və inkişafa çağırış dini olması.

12 mart tarixində 103 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın təşkilatçılığı ilə “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planıın 3.1.1. bəndinə əsasən "İslam dininin humanist mahiyyətli, sülh, əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə dözümlülüyə, elmə və inkişafa çağırış dini olması" haqqında tədbir keçirildi.Tədbir dəyirmi masa formatında keçirildi. Tədbirdə məktəbin direktoru Səma Həziyeva , Səadət Labazanova və 7a sinif şagirdləri iştirak etdilər.