AXC-nin mövcud olduğu dövrdə həyata keçirilən işlər

6 mart tarixində 103 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın təşkilatçılığı ilə “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planıın 2.1.1. bəndinə əsasən " Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə müsəlman Şərqində ilk parlamentli respublikanın Azərbaycanda yaradılması. AXCnin mövcud olduğu dövrdə həyata keçirilən işlər. AXC-nin görkəmli nümayəndələri." haqqında tədbir keçirildi. Tədbirdə məktəbin tarix müəllimi Murad Əliyev çıxış etdi. O , çıxışında bildirdi ki, Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur.