Sağlam həyat tərzinin şərtləndirən xüsusiyyətlər

Fevralın 25-də  103 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "  Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında " Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət planının  2.3.1. bəndinə əsasən "Sağlam həyat tərzinin şərtləndirən xüsusiyyətlər " adlı tədbir keçirildi. Tədbirdə məktəbin psixoloqu Sevinc Mehdiyeva çıxış etdi. O , çıxışında bildirdi ki , sürətli həyat tempi, ekologiyasının pisləşməsi, informasiya və texniki xarakterli gərginliyin artması orqanizmə mənfi təsir göstərir. Ona görə də sağlamlığı qorumaq qaydalarını bilmək və ona əməl etmək vacibdir. Sağlam həyat tərzi gümrah yaşamağı və xəstəliklərdən uzaq olmağı nəzərdə tutur.Zərərli vərdişlərdən uzaq olmaq da sağlamlığa zəmanətdir. Ümumiyyətlə, zərərli vərdişlər həyat fəaliyyətinin aşağı düşməsinə ciddi təsir göstərən səbəblərdən sayılır. Elementar gigiyenik qaydalara əməl etmək, vaxtlı-vaxtında tibbi müayinələrdən keçmək də sağlam həyat tərzinin bir parçasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi