Ordu quruculuğu , ölkəmizin müdafiə qüdrətinin güclənməsi

Fevralın 25-də 103 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "  Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında " Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət planının  1.1.3. bəndinə əsasən " Ordu quruculuğu , ölkəmizin müdafiə qüdrətinin güclənməsi " adlı tədbir keçirildi. Tədbirdə məktəbin hərbi rəhbəri Samir Musayev çıxış etdi. O , çıxışında bildirdi ki ,  müasir Azərbaycan Ordusunun müəllifi ümummilli lider Heydər Əliyevdir. Ulu Öndərin ötən əsrin 70-ci illərində yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Lisey ordumuzun inkişafında böyük rol oynayıb. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın ordu quruculuğuna verdiyi töhfə təkcə Cəmşid Naxçıvanski adına Hərbi Liseylə məhdudlaşmır. Azərbaycanın müstəqilliyinin bərpasından sonra 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərimiz ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirdi. Heydər Əliyevin bütün sahələrdə siyasətini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün ordu quruculuğunun inkişafına böyük töhfə verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi