21 fevral – Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-də 103 nömrəli məktəbdə  Kiçik Akademiyanın təşkilatçılığı ilə 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimizi sevək” adlı tədbir keçirilib.
Məktəbin  direktoru Səma Həziyeva  UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması və təbliği məqsədilə təsis edilmiş bu əlamətdar günün tarixindən danışıb.
Bildirib ki, ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı və işlək dilə çevrilməsi, dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Kitabxanaçı Minayə Məmmədova  vurğulayıb ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Sonra 3b sinfinin şagirdlərinin ifasında şeirlər , mahnılar səsləndi və səhnəcik nümayiş olundu.

 Kiçik Akademiyanın təşkilatçılığı ilə 3d sinifində " Ana dilimizi sevək, qoruyaq " adlı esse yarışması keçirildi.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi