"Ana dilimizi sevək və qoruyaq!"

19 fevral 2016-cı il tarixində Z.Məmmədov adına 103 saylı tam orta məktəbdə 21 fevral Beynəlxalq Ana dili Gününə həsr olunmuş "Ana dilimizi sevək və qoruyaq!" adlı tədbir keçirildi.Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Sonra məktəbin direktoru Y.Alməmmədov çıxış edərək bildirdi ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bugün 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən Beynəlxalq Ana Dili günü elan edilib. 2002 – ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respubliksaının Qanunu qəbul edilib. 2004-cü il yanvarın 12-də isə prezident İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam verib.Ana dili hər bir xalqın, millətin varlığıdır. Bugün Azərbaycan dili təkcə doqquz milyonluq Azərbaycan Respublikasını deyil şimaldan – cənuba, şərqdən – qərbədək planetimizin 70 - ə qədər ölkəsində yaşayan əlli milyonluq xalqın dilidir. Ana dilimizi qorumaq inkişaf etdirmək hamımızın müqəddəs borcudur. Tədbirdə şagirdlərin ifasında şeirlər səsləndi və səhnəciklər göstərildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi