Gənclər gələcəyimizdir

1 fevral tarixində 103 nömrəli tam orta məktəbdə 2 fevral Gənclər günü ilə bağlı " Gənclər gələcəyimizdir" adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Səma Həziyeva çıxışında Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasından, bu günün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmasının gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi olduğundan və prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açdı.
Sonra şagirdlər arasında viktorina keçirildi. Şagirdlər verilən suallara fəal cavab verdilər.