Heydər Əliyev Mərkəzinə ekskursiya

Tətil günlərində 103 nömrəli məktəbin 8 a və 8 c sinif şagirdlər və müəllim kollektivi Heydər Əliyev Mərkəzində ekskursiyada oldular. Mərkəzin binası 3 bölmədən ibarətdir: Heydər Əliyev Muzeyi bölməsi, Sərgi zalları bölməsi və Audiorium bölməsi.Mərkəzin 2007-ci ildə inşasına başlanılmış binası 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilib.Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər unikal eksponatlar təqdim olunur.Ekskursiyada iştirak edənlər mərkəzin bu bölümüylə ətraflı şəkildə tanış olub, onları maraqlandıran suallara cavab aldılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi