Vətən sizə oğul deyir

Yanvarın 23 də 103 nömrəli tam orta məktəbdə " Vətən sizə oğul deyir" adlı vətənpərvərlik mövzusunda tədbir keçirilib.Tədbirdə 865-ci Zəngilan Alayının və Murovdağ briqadasının döyüşçüləri Novruz Məmmədzadə , Ərşad Yusifov, Qara Göyüşov və Nəriman Nərimanov məktəbin şagird və müəllim kollektivi ilə görüşdülər.
Görüş iştirakçıların Dövlət himnini birgə ifa etməsi ilə başlayıb. Qarabağ müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Səma Həziyeva çıxış edərək, sağlamlığını torpaqlarımızın bütövlüyü uğrunda qurban vermiş hər bir vətəndaşın dövlət tərəfindən xüsusi qayğı ilə əhatələndiyini diqqətə çatdırıb, belə görüşlərin gənc nəslin formalaşmasında böyük təsir gücünə malik olduğunu bildirib.
Novruz Məmmədzadə çıxışında bildirib ki, bu gün ölkəmizdə müşahidə edilən sürətli inkişaf sağlamlığını cəbhədə itirmiş hər bir döyüşçünün canı, qanı bahasına başa gəlib.
Qara Göyüşov gənclərə vətənpərvərlik ruhunun aşılanmasının vacibliyindən danışıb, belə görüşlərin davamlı olmasını arzulayıb.
Qarabağ müharibəsi veteranları Ərşad Yusifov və Nəriman Nərimanov iştirakçılarla döyüş xatirələrini bölüşüblər.