20 Yanvar- tariximizin qanlı yaddaşı

Yanvarın 21-də 103 nömrəli tam orta məktəbdə 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “20 Yanvar - xalqımızın qanlı yaddaşı” adlı rəsm sərgisi təşkil edib.
İlk öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra məktəbin direktoru Səma Həziyeva çıxışında Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olan 20 Yanvar hadisələrinin, eyni zamanda bütün dünya azərbaycanlılarının yaddaşına xalqımıza qarşı törədilmiş ən qəddar və qeyri-insani cinayətlərdən biri kimi həkk edildiyi vurğulayıb.
Tədbirin bədii hissəsində xalq şairi Qabilin,B.Vahabzadənin “Şəhidlər”,”Ağla qərənfil,ağla” şeirləri səsləndirilib və “20 Yanvar - tariximizin qanlı yaddaşı” adlı rəsm sərgisinə baxış keçirilib.