Şəhidlik zirvəsi

21 yanvar tarixində 103 nömrəli tam orta məktəbdə 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar "Şəhidlik zirvəsi " adlı tədbir keçirilib. İlk öncə 20 Yanvar faciəsinin şəhidləri və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri məktəbin direktoru Səma Həziyeva  açaraq, 20 yanvar hadisələri ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, 19-dan 20-nə keçən gecədə Sovet boyunduruğundan xilas olmaq üçün yüzlərlə oğul və qızlarımız şəhidlik zirvəsinə ucaldılar.Gözləri dönmüş Sovet əsgərlərinin xalqımızın başına gətirdiyi bu faciə xalqımızın qan yaddaşında əbədi olaraq qalacaqdır.
Sonra dəhşətli gecəni əks etdiren videoçarx təqdim edilib.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi