31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür

25 dekabr tarixində 103 nömrəli tam orta məktəbdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.Tədbirin aparıcıları VI- VII sinif şagirdləri – Xəlilzadə Kənan və Zeynəb Əliyeva bu günün tarixi əhəmiyyətini qeyd ediblər.Daha sonra şagirdlərin ifasında şeirlər, mahnılar səsləndi.Tədbirin sonunda məktəbin direktoru Səma Həziyeva və tarix müəllimi Murad Əliyev çıxış etdi.