Gəlin, gələcəyimizi qoruyaq!

17 dekabr tarixində 103 nömrəli tam orta məktəbdə " Gəlin , gələcəyimizi qoruyaq!" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin psixoloqu Sevinc Mehdiyeva açaraq, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində narkomaniyanın, narkobiznesin ön sıralarda dayandığını bildirib. Qeyd etdi ki, narkomaniya və narkobiznes cəmiyyətdə çox faciəvi nəticələrə gətirib çıxaran bir bəladır. Onun sözlərinə görə, narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur.
Məktəbin kitabxanaçısı Minayə Məmmədova şagirdlər arasında sorğu anket keçirdi. Şagirdlər narkomaniya və onun cəmiyyətə, insanlığa vurduğu zərər barədə məruzə etdilər.