Ölkəmizi tanıyaq

Bu gün 103 nömrəli tam orta məktəbdə  “Ölkəmizi tanıyaq” tur-aksiyasında  iştirak etmiş 9 cu sinif şagirdi  İbrahim Əliyev ilə  görüş keçirildi. Görüş zamanı İbrahim Əliyev   yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürlərini bildirdi. O , əvvəllər yalnız kitablardan oxuduğu  Cavad xan Məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Alman kilsəsi, sonuncu Alman Viktor Klaynın ev muzeyi və s kimi tarixi abidələri öz gözləri ilə görmələrinin onlar üçün unudulmaz bir xatirə olacağını bildirdi. Məktəbin direktoru Səma Həziyeva  təşkil edilən bu aksiyanın məktəblilərin tariximizi, mədəniyyətimizi öyrənmək üçün gözəl bir fürsət olduğunu və ölkəmizdə dövlətinə, xalqına, milli-mənəvi dəyərlərinə bağlı savadlı, vətənpərvər bir nəslin yetişdiyini qeyd etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi