2 Fevral Gənclər Günüdür

1 fevral 2016-cı il tarixində Z.Məmmədov adına 103 saylı məktəbdə Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə 103 saylı məktəbin müəllim kollektivi iştirak edirdi.Tədbirin əvvəlində məktəbin direktoru Y.Alməmmədov çıxış etdi.O,çıxışında bildirdi ki,bu günlə bağlı Respublikanın müxtəlif bölgə və şəhərlərində silsilə tədbirlər keçirilir. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1996-cı il 2 fevral tarixində Azərbaycan Gənclər Forumu keçirilib və bu tarixdən etibarən “Gənclər Günü” yaranıb. Dünyada isə 1999-cu ildə BMT – nin qərarı ilə avqust ayının 12-si “Gənclər günü” elan edilib. Məktəbin ədəbiyyat müəllimi Ə.İsmayılova bildirdi ki, bu gün Azərbaycan gəncliyinin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi Respublikanın ictimai – siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələlərə dövlət tərəfindən böyük dəstək və qayğı var. Prezident yanında təşkil olnunmuş Gənclər fondu buna bariz nümunədir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi