Dalğalan bayrağım, ucal bayrağım!

Noyabrın 7-də 103 nömrəli tam orta məktəbdə 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayraq gününə həsr olunmuş "Dalğalan bayrağım, ucal bayrağım!" adlı tədbir keçirildi.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra məktəbin direktoru Səma Həziyeva qonaqları salamlayaraq, bayram münasibətilə təbrik edib.
Tədbirdə məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.
Daha sonra şagirdlərin ifasında şeirlər , mahnılar və rəqslər tamaşaçılar tərəfindən maraqla izlənilib.