Beynəlxalq məktəb kitabxanaları günü

“Beynəlxalq məktəb kitabxanaları günü” UNESCO-nun təşəbbüsü ilə 1999-cu ildən etibarən qeyd olunur. Oktyabrın 29-da bu münasibətlə 103 nömrəli məktəbin kitabxanaçıları Minayə Məmmədova və Ziyafət Güləmirova şagirdlərlə görüş keçiriblər.
Görüşdə əsas məqsəd uşaqların kitaba, mütaliəyə marağının artırılması, onların kiçik yaşlardan kitabxana ilə tanışlığı idi. 4-cü sinif şagirdləri oxuduqları nağıllar, hekayələr barədə danışıblar.