Müstəqilliyimiz əbədidir

Oktyabrın 18-də 103 nömrəli tam orta məktəbdə 18 oktyabr-Dövlət Müstəqilliyi gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir zamanı məktəbin direktoru Səma Həziyeva Dövlət Müstəqilliyi Günü haqqında ətraflı məlumat verib.Bildirib ki, xalqımız keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçmişdir. Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur: azadlıq, müstəqillik, xalq iradəsinin sərbəstliyi. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdı. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir. İnsan üçün azadlıqdan, dövlət üçünsə müstəqillikdən əziz, şirin heç nə yoxdur. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi göstərmək hər birimizin müqəddəs borcudur.
Şagirdlərin ifasında şeirlər, nəğmələr, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı..