Vətən mənə oğul desə nə dərdim...

103 nömrəli tam orta məktəbdə Məmməd Arazın 85 illik yubileyi ilə əlaqədar " Vətən mənə oğul desə nə dərdim.." adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Səma Həziyeva , kitabxanaçı Minayə Məmmədova , 4c sinif rəhbəri Aynurə Məmmədli və 4c sinif şagirdləri iştirak edirdi. Tədbirdə şairin həyat və yaradıcılığı haqqında məlumat verildi. Şagirdlərin ifasında şeirlər səsləndi.