Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb

1 oktyabr 2018-ci il tarixindən 103 nömrəli məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyətə başladı.Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Qeyd edək ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris olunur. Gün ərzində keçirilən 3 məşğələnin hər birinin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.Məktəbdə 3 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. 84 azyaşlı ilk dəfə məktəbə qədəm basdı. Bütün şagirdlərimizə uğurlar arzulayırıq!