Musiqimizi qoruyaq

18 sentyabr 2018 -ci il tarixində 103 nömrəli tam orta məktəbdə Milli Musiqi Günü ilə əlaqədar "Musiqimizi qoruyaq !" adlı tədbir keçirildi. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra isə Aynurə Məmmədli şagirdlərə Ü.Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat verdi. Şagirdlərin ifasında rəqslər , mahnılar nümayiş olundu.