Yeni dərs ilinə hazırlıq

14 sentyabr 2018-ci il tarixində 103 nömrəli tam orta məktəbin akt zalında Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclası məktəbin direktoru Səma Həziyeva açaraq pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, ölkəmizdə aparılan təhsil siyasətindən, dövlətin təhsilə göstərdiyi diqqət və qayğısından ətraflı danışaraq pedaqoji heyətə yeni tədris ilində müvəffəqiyyətlər arzuladı.Daha sonra direktor iştirakçıları Pedaqoji Şuranın gündəliyi ilə tanış etdi. Gündəlikdə olan məsələlər geniş müzakirə olundu və hər bir məsələ haqqında qərar qəbul olundu. Cari il üçün qarşıda duran məsələlər haqqında kollektivə ciddi tapşırıqlar verildi.