Şəhidliyin zirvəsi

Yanvarın 19-da Z.Məmmədov adına 103 tam orta məktəbdə "Şəhidliyin zirvəsi" adlı tədbir keçirildi.İlk öncə Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru Yusif Alməmmədov 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. Bakının ən möhtəşəm məkanında vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.Sonra məktəbin şagirdlərinin ifasında ədəbi bədii kompozisiya keçirildi.20 yanvar faciəsini əks etdirən videoçarx nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi