İnsan hüquqları

Məlum olduğu kimi,  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il  18  iyun tarixində  “İnsan Hüquqları Günü” kimi qeyd olunur.

Bununla əlaqədar, ənənəvi olaraq  bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları aylığı” elan edilmişdir. Binəqədi rayonu Z.Məmmədov adına məktəbdə " İnsan hüquqları aylığı " çərçivəsində  insan hüquqlarını, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzulara aid  tədbirlər keçirilmişdir. Şagirdlər  Azərbaycanda yaşayan azsaylı xalqların tarixini , mədəniyyətini araşdırmış və sərgi təşkil etmişlər. Tədbir zamanı Xnalıq məktəbliləri ilə telekörpü yaratmışdılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi