Azərbaycan Xalq Cümhuriyyəti -100

24 may tarixində 103 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Şagirdlərin ifasında şeirlər dinlənildi , rəqslər nümayiş olundu. Tədbirin sonunda məktəbin direktoru Səma Həziyeva və tarix müəllimi Sevinc Şirinova çıxış etdilər.Tədbirdə məktəbin müəllim və şagird kollektivi , valideynlər və Xocəsən Bələdiyyəsinin nümayəndəsi iştirak edirdi.