IV b sinif şagirdləri "Hazırcavablar"verilişində

Zakir Məmmədov adına 103 saylı tam orta məktəbin şagirdləri yanvar ayının 13 - də Azərbaycan Televiziyasında keçirilən "Hazırcavablar" adlı intellektual oyunda iştirak ediblər. Yarış zamanı şagirdlər 3 qrupa bölünüb: "Çiçək","Vətən" ,"Günəş". 4 fənn üzrə suallar tərtib olunmuşdur: Azərbaycan dili, həyat bilgisi, riyaziyyat və ölkəm. Qrupların hamısı aktiv olsa da qalib komanda "Çiçək" qrupu olub. Veriliş 23 yanvar tarixində saat 14:10 - da Azərbaycan Televiziyasında efirə gedəcəkdir.