"Gənc xilasedici və yanğınsöndürən " yarışı

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə uşaq və gənclər arasında VII " Gənc xilasedici və yanğınsöndürən" Respublika yarışı keçirilir. Yarışın rayon birinciliyi 2018-ci ilin 4 may tarixində Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin ərazisində keçirildi. 103 nömrəli məktəbin şagirdləri Hüseynov Səhman , Səfərov Asif, Zeynallı Ümid, Əliyeva Leyla, Qocayeva Aysu, Yusifov Yusif və Dadaşova Vəfa bu yarışda fəal iştirak etmişlər və ikinci yeri tutmuşlar. Şagirdlərimizə gələcək yarışlarda uğurlar arzulayırıq!