Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

Məktəbimizin 4 c sinif şagirdi Yaqublu Dilarə Əfrail qızı II-X sinif şagirdləri arasında keçirilmiş “Kenquru” Benəlxalq Riyaziyyat Müsabiqəsində iştirak etmişdir. Müsabiqədə şagirdlərə çətinlik dərəcəsinə müvafiq olaraq 3 ballıq, 4 ballıq və 5 ballıq suallar təqdim edilmişdir.
2-ci, 3-cü və 4-cü siniflər maksimal bal:96 (8 ədəd 3 ballıq sual, 8 ədəd 4 ballıq sual, 8 ədəd 5 ballıq sual)
Yaqublu Dilarə bu müsabiqədə bütün sualları düzgün cavablandırmış və maksimal 96 bal toplamışdır.
Dilarəyə gələcəkdə uğurlar arzulayırıq!