İdmançılarımızın yeni uğurları

Məktəbimizin 5 c sinif şagirdi Sahabov Abas və 6 b sinif şagirdi Abışov Orxan Azərbaycan Juboksinq Citsu Federasiyasının Bakı şəhərində 6-8 aprel 2018-ci il tarixində keçirdiyi IX Respublika Birinciliyi və Çempionatında iştirak etmişlər. Sahabov Abas 10-11 yaşlılar arasında I yer, Abışov Orxan 11-12 yaşlılar arasında II yeri tutmuşdular. Hər iki şagirdimiz medal və diplomla təltif olunmuşlar. Şagirdlərimizə gələcək yarışlarında uğurlar arzulayırıq!