Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı

29 dekabr tarixində Z.Məmmədov adına 103 saylı tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirildi.Tədbirin əvvəlində məktəbin direktoru Y.Alməmmədov tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. Sonra şagirdlərin rəngarəng çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.Tədbirdə Şaxta baba ,Qar qız,Kloun ,Maşa və digər nağıl qəhrəmanları iştirak edirdilər.Şagirdlərin ifasında rəqslər ,şeirlər,mahnılar səsləndi.Maraqlı oyunlar keçirildi.Sonda Şaxta baba bütün tədbir iştirakçılarını rəqsə dəvət etdi.