X sinif monitorinq

04.04.2018-ci il tarixində 103 nömrəli tam orta məktəbin X siniflərində Azərbaycan dili , ədəbiyyat , tarix , coğrafiya , riyaziyyat , fizika , kimya , biologiya və ingilis dili fənləri üzrə məktəbdaxili monitorinq təşkil edilmişdir. Monitorinqin keçirilməsində əsas məqsəd "Təhsildə keyfiyyət ili " çərçivəsində X- XI siniflərdə əsas fənlərin tədrisi və şagirdlərin bilik səviyyəsinin yoxlanılması olmuşdur. Monitorinqin nəticələri geniş təhlil edilmiş və fənn metodbirləşmə sədrləri və fənn müəllimləri tərəfindən müzakirə edilmişdir.