4 aprel tarixində 103 nömrəli tam orta məktəbin şagirdləri şəhid Hacıağayev Cabbarxan İlham oğlunun qəbrini ziyarət etdilər. Məktəbin ibtidai sinif müəllimi Esmiralda Həsənova şagirdlərə aprel döyüşləri haqqında məlumat verdi. Daha sonra şagirdlər şəhid Zakir Məmmədovun qəbrini də ziyarət etdilər.