31 mart azərbaycanlıların soyqırımı günüdür

103 nömrəli tam orta məktəbdə " 31 mart azərbaycanlıların soyqırımı günüdür" adlı tədbir keçirildi. Dəyirmi masada məktəbin VIII sinif şagirdləri iştirak edirdilər. Məktəbin direktoru Səma Həziyeva cıxış edərək bildirdi ki , 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.