General Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar tədbir

22 dekabr tarixində Z.Məmmədov adına 103 saylı tam orta məktəbdə general Səməd bəy Mehmandarovun160 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə müxtəlif siniflərdən olan şagirdlərimiz iştirak etmişdir.Onlar hərbi vətənpərvərlik mövzusunda çıxışlar etmiş ,şeirlər söyləmişlər.Musiqilər səslənmiş ,şagirdlərə yüksək vətənpərvərlik ruhu aşılanmışdı.Tədbirin sonunda isə məktəbimizin tarix müəllimi Əliyev Murad çıxış etmişdir.