Xocalı harayı

103 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar "Xocalı harayı” adlı tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş kitabların sərgisi ilə tanış olublar. Ardınca Xocalı faciəsi qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Xocalı harayı” adlı kompozisiyanın nümayişi oldu.Daha sonra məktəbin xor qrupunun ifasında vətənpərvər mahnılar səsləndi.