Xocalı soyqırımının 26-cı ildönümü

103 nömrəli məktəbdə Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək.
Bundan əlavə, “Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda bədii qiraət gecələri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgiləri təşkil olunacaq.
Qeyd edək ki, “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb.
Müvafiq əmr ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”nda “Xocalıya gedən yol” mövzusunda mühazirə, toplantı, “Dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfransların təşkili nəzərdə tutulur.