Qəhrəmanlığın Mübariz İbrahimov zirvəsi

103 nömrəli məktəbdə Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə M.İbrahimov haqqında videosüjet nümayiş olundu. Tədbiri giriş sözü məktəbin direktoru Səma Həziyeva açdı. O , çıxışında bildirdi ki,Mübariz İbrahimovun qəhrəmanlığı bütün Azərbaycan gəncləri üçün örnəkdir. Onun müəllimləri öz şagirdləri ilə  fəxr edirlər. Təkcə onlar yox, böyükdən  kiçiyə qədər hər bir azərbaycanlı onunla fəxr edir.  Mübariz Azərbaycanın qəhrəmanlıq tarixinə öz adını qanı ilə yazıb. 7a sinif şagirdlərindən Simuzər Quliyeva , Zeynəb Məmmədova və  Fatma Məmmədova Mübariz İbrahimova həsr olunmuş şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi