Zərərli vərdişlərə yox deyək

Yanvarın 26 -da 103 nömrəli tam orta məktəbdə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbirin məqsədi haqqında məlumat verən məktəbin direktoru Səma Həziyeva zərərli vərdişlərin cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğunu diqqətə çatdırdı.
Dialoq şəkilində davam edən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırıldı.