Şəhidliyin zirvəsi

18 yanvar tarixində 103 nömrəli məktəbdə 20 yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün qeyd edilməsi barədə tədbirlər planına əsasən "Şəhidliyin zirvəsi " adlı tədbir keçirildi. İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra məktəbin direktoru Səma Həziyeva çıxış edərək 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verdi. Bu dəhşətli qətl-qiyamı törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən, xalqımızın göstərdiyi şücaətdən danışdı.Tədbir zamanı şagirdlərin ifasında kompozisiya nümayiş olundu.