20 YANVAR XALQIMIZIN QƏHRƏMANLIQ SALNAMƏSİDİR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində yanvarın 19-da ilk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr edildi.
Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Səma Həziyeva Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə məlumat verdi. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olundu.Şagirdlər 20 yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş şeirlər söylədilər.Şagirdlərin 20 yanvar faciəsi haqqında hazırladıqları təqdimatlar dinlənildi.