20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir

16 yanvar tarixində 103 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Həşimova ilə Uşaq birliyi rəhbəri Vüsalə Məmmədovanın təşkilatçılığı ilə "20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda sərgi təşkil olunmuşdur. Sərgidə şagirdlərin 20 yanvar faciəsinə həsr olunmuş rəsmləri nümayiş olunmuşdu. Z.Məmmədov adına 103 nömrəli məktəbin 20 yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün qeyd edilməsi barədə tədbirlər planına əsasən divar qəzetləri ,fotostendlər və güşələr hazırlanmışdır.