Şövkət Məmmədova -120

103 nömrəli məktəbdə Şövkət Məmmədovanın 120 illik yubileyi ilə əlaqədar " Azərbaycan və dünya operasında Şövkət Məmmədova fenomeni " adlı dəyirmi masa keçirildi. Tədbirdə məktəbin kitabxanaçısı Ziyafət Güləmirova çıxış etdi. O , çıxışında bildirdi ki, 2017-ci ildə Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Həsən qızı Məmmədovanın anadan olmasının 120 illiyi tamam olur.Ş.Məmmədova dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazıb. Onun tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti vətənə, xalqa xidmətin bariz nümunəsidir.
Tədbirin sonunda Şövkət Məmmədova haqqında video süjet nümayiş olundu.