Ölkəmizi tanıyaq

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi rayonunun Cənub bölgəsinə səfər etmiş 103 nömrəli məktəbin şagirdi Rəhim Səfərov öz təəssüratlarını bölüşüb.
16-19 noyabr 2017-ci il tarixlərdə “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəbliləri ölkəmizin cənub bölgəsinə səfər ediblər. Səfər uğurla yekunlaşıb. Səfərdən geri dönən məktəblilər təhsil aldıqları məktəblərdə cənub bölgəsindəki təəssüratlarını öz həmyaşıdları və müəllimləri ilə bölüşüblər.
Görüş zamanı Rəhim Səfərov  səfər çərçivəsində çəkdirdiyi  foto və video görüntülərdən ibarət qısa təqdimat ediblər. Xatirələrini bölüşən Rəhim Səfərov  bu cür layihəyə görə dövlət başçısına təşəkkür edərək layihənin davamlı olması ilə bağlı arzularını bildirdi. Təəssüratlarında Rəhim Səfərov  gəzdikləri məkanları, tarixi yerləri çox bəyəndiyini və bütün bunların onun xatirəsində əbədi qalacağını vurğuladı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi