Azad ölkənin ,azad vətəndaşıyam

103 saylı tam orta məktəbdə 20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” ilə əlaqədar 103 saylı tam orta məktəbdə bir sıra tədbirlər keçirilmişdir.Bu aylıq çərçivəsində divar qəzetləri hazırlanmışdır.Şagirdlər Uşaq hüquqları konvensiyası haqqında layihələr hazırlamışlar. 15 noyabr tarixində "Azad ölkənin , azad vətəndaşıyıq" adlı tədbir keçirildi. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Həşimova Sevda , məktəbin müəllimi Labazanova Səadət çıxış etdi.Çıxışlarda dövlətin uşaqlara göstərdiyi qayğıdan , uşaqların hüquq və vəzifələrindən danışıldı.