Bülbül- 120 il

Z. Məmmədov adına 103 saylı tam orta məktəbdə Bülbülün 120 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilir. Belə ki, 7 noyabr tarixində Azərbaycan vokal məktəbinin banisi, görkəmli müğənni Bülbülün 120 illiyinə həsr olunan “Milli musiqimizin inkişafında Bülbülün rolu mövzusunda “dəyirmi masa" təşkil edildi.Tədbirdə böyük sənətkar Bülbülün Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışılır, onun gənc ifaçıların yetişdirilməsinə, püxtələşməsinə böyük əmək sərf etdiyi bildirilir. Xalq mahnılarının, təsniflərin, vokal əsərlərinin bənzərsiz ifaçısı Bülbülün zəngin yaradıcılıq yolu keçdiyi və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyduğu şagirdlərin diqqətinə çatdırıldı. Görkəmli xanəndənin ölməz xatirəsinin xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacağı da bildirildi.