Üç rəngli Bayrağımız qürurumuzdur.

7 noyabr tarixində 103 saylı tam orta məktəbdə 9 noyabr - Bayraq Gününə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə məktəbin II b sinfinin şagirdlərinin hazırladığı, Bayraq Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilmişdir.Yüksək səviyyədə hazırlanmış tədbirdə şagirdlər bayrağımıza, onun tarixinə aid maraqlı faktlar söyləmiş, şeirlər və mahnılar oxumuşlar. Şagirdlərin ifasında gözəl rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.Tədbirdə məktəbin direktoru Səma Həziyeva çıxışında Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığı qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi